"Idman həftəsi"
Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Təhsil Nazirliyi də təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi,fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.
Buna müvafiq olaraq şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral- 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilməsi təklif edilir.
Bu məqsədlə də 257 nömrəli tam orta məktəbdə 28 fevral tarixində “Səhər gimnastikası”, “Olimpiya oyunları haqqında söhbət” və “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” adlı mövzular üzrə tədbirlər keçirilmişdir.
İdman müəllimləri şagirdlərlə birgə məktəbin həyətində və idman zalında müxtəlif gimnastik hərəkətlər göstərmiş, onlarda idman dərslərinə marağı daha da gücləndirməyə çalışmışlar.
Məktəbin psixoloqu şagirdlərə “Şagirdlərin idmana psixoloji hazırlığı” mövzusunda videoçarx nümayiş etdirmiş, onlarla bu mövzu ətrafında fikir mübadiləsi aparmışdır.
Məktəbin idman müəllimi şagirdlərlə söhbət zamanı onlarla Olimpiya oyunları haqqında məlumat verərək maarifləndirmə işi aparmışdır.
“İdman həftəsi”davam edir.