"Xocalı harayı"
Tədbirlər planına müvafiq olaraq fevralın 25-də 257 nömrəli tam orta məktəbdə “Xocalı harayı” adlı tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Məktəbin direktoru Qarat Qaratov çıxış edərək qeyd etdi ki, “30 il Xocalısız yaşamış xalqın içindəki intiqam, məğlubiyyət, hüzn hissini azaldan Vətən müharibəsinin qalibiyyəti oldu. Lakin heç bir qalibiyyət hissi bu vəhşiliyin, bu amansızlığın gercəkliyini bizə unutdura bilməz. Nəinki bizə,hətta bütün dünyaya belə..."
Tədbir zamanı şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirildi, rəsmlər və hazırladıqları slaydlar nümayiş etdirildi.