Xocalı faciəsinə həsr olunmuş dərslər
Fevralın 25-də məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş xüsusi dərslər təşkil edildi. Müəllimlər XX əsrin faciəsi haqqında şagirdlərə geniş məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərinə hücum etmişlər. Şəhəri ermənilər dörd bir tərəfdən mühasirəyə almış, ağır hərbi texnikadan atəş açaraq, qısa bir vaxtda şəhəri yandırmışlar. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyərək onlara amansız divan tutmuşlar. Beləliklə, soyuq qarlı fevral gecəsində nə qədər insan əsr düşərək, girov götürüldü. Günahsız insanlar meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldu. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfər uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş,24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Dərslərdə faciə qurbanlarının xatirəsi anılıb, faciədən bəhs edən videoçarx nümayiş olunub.