“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.02.2022-ci il tarixli, F-61 nömrəli əmrinə əsasən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinə start verildi. Məktəbin direktoru Qarat Qaratov müsabiqənin keçirilməsi ilə bağlı əmrlə, müsabiqədə iştirak qaydaları və qiymətləndirmə meyarları ilə bağlı şagirdləri və fənn müəllimlərini məlumatlandırdı. Məktəbin kitabxanaçısı Mətanət Veyisova tapşırıqları verib, şagirdlərə müsabiqədə fəal iştirak etməyi tövsiyə etdi.
Bu gün müsabiqənin məktəb mərhələsinə başlamaq üçün məktəb kitabxanasında şagirdlərlə söhbət aparıldı. Məlumat verildi ki, bu müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsidir. Qeyd olundu ki, istər Azərbaycan, istərsə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olmaq həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır. Eyni zamanda bu müsabiqə mütaliəyə marağı olan, istedadlı şagirdlərin vaxtında üzə çıxarılmasına və onlara dəstək göstərilməsinə kömək edir.
Sonda şagirdlərə onları maraqlandıran və mütaliə etmək istədikləri kitablar təqdim olundu.