Xocalı faicəsini anırıq
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 30 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.
257 nömrəli tam orta məktəbin şagirdləri də Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə qərənfillər düzmüşlər.
Şagirdlər Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.