21 fevral-Beynəlxalq Ana dili Gününə həsr olunmuş sinif təşkilat saatları keçirilib

    Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur. Bu gün məktəbdə keçirilən təşkilat saatlarında müəllimlər Ana Dilinin zənginliyindən, özünəməxsusluğundan söz açdılar. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynayır. Qeyd olunub ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sistemininə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına düşünülmüş siyasətinin nəticəsidir. 

    Sonda şagirdlərin təqdimatları dinlənildi və ana dilinə həsr olunmuş şeirlər, bayatılar səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi