21 Fevral - Beynəlxalq Ana Dili Günüdür.

1999-cu ildə BMT-nin təşəbbüsü ilə YUNESKO-nun baş konfransında 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan olundu. Elə həmin ildən 21 Fevral - Beynəlxalq Ana Dili Günü Azərbaycanda da qeyd olunur.

Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutur.

257 nömrəli tam orta məktəbdə də bu tarixi günlə bağlı tədbir keçirildi. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar söyləyib, Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarx da  nümayiş etdirdilər.

Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi