Rus bölməsində Azərbaycan dili ( dövlət dili) üzrə monitorinq
18 fevral tarixində 257 nömrəli tam orta məktəbin V-VIII sinif rus bölmələrində Azərbaycan dili ( dövlət dili) fənni üzrə monitorinq keçirilib. Məktəbin rəhbərliyi tərəfindən monitorinqin şəffaf keçirilməsi, nəzarətçi müəllimlərin təyin edilməsi həyata keçirilib.
Monitorinqlərin keçirilməsində məqsəd rus bölməsində təhsil alan şagirdlərin dövlət dili haqqında biliklərinin aşkarlanması olub.
Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.