IX siniflərdə növbəti monitorinq
15 fevral 2022-ci il tarixində Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə 9-cu siniflərin buraxılış imtahanın hazırlıq səviyyəsini müəyyən etmək üçün monitorinq keçirildi. Monitorinq sualları 9-cu sinfin buraxılış imtahanlarının birinci mərhələsinə uyğun olaraq hazırlanmışdır.
Monitorinq Azərbaycan və rus bölməsinin 9-cu sinifləri üçün Azərbaycan dili , riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Suallar Azərbaycan dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən də 30 sual olmaqla 2 variantda tərtib edilmişdir. Nəticələr qısa müddət ərzində yoxlanılacaq, fənn metodbirləşmə iclaslarında təhlil olunaraq müzakirə ediləcək, şagirdlərə və valideynlərə bildiriləcəkdir.
Zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlər təşkil olunacaq.