Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə görüş

  "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi  haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na əsasən məktəbin 4-cü sinif şagirdlərinin iştirakı ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş təşkil olundu. Görüşdə şagirdlərə kitabxananın yaranması tarixindən danışarkən qeyd olundu ki, kitabxananın uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firudin bəy Köçərlinin adını daşıması təsadüfi deyil. 

    Məlumat verildi ki, kitabxana 2012-ci ildən mötəbər təşkilatın Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Məhz bu təşkilata üzv olmaqda əsas məqsəd ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etməklə uşaqların mütaliyəyə olan həvəsini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. 

    Görüş uşaqlar tərəfindən çox böyük maraqla qarşılandı. Sonda şəkilləri çəkildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi