Metodbirləşmə iclası
22.01.2022-ci il tarixində 257 nömrəli tam orta məktəbin metodbirləşmə rəhbərlərinin iclası keçirildi. İclasda məktəbin metodiki şurasının sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Seyidova çıxış edərək I yarımil ərzində şagirdlərin hansı bilik və bacarıqlara yiyələndikləri barədə söz açdı, bu işin təşkilini metdodbirləşmə rəhbərlərinə daha da gücləndirməyi bir daha tövsiyə etdi.
Fənn metodbirləşmə rəhbərləri bir-bir çıxış edərək I yarımilin yekunlarına aid fikir və mülahizələrini bildirdilər.