"Düşünən oxucu" müsabiqəsi
Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında yanvarın 5-dən “Düşünən oxucu” müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.
257 nömrəli tam orta məktəbin şagirdləri arasında da bu tədbir həyata keçirildi. Müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunan kitablar əsasında müəyyən edilmiş “Oxu ədəbiyyatı siyahısı”ndan bir əsəri oxuyaraq videotəqdimat hazırlamış, oxuduqları əsərin mövzu və ideyasını təhlil etmişlər. Eyni zamanda, şagirdlər təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab vermişlər.
Bakı şəhər mərhələsində iştirak edəcək 8Ç sinif şagirdləri - Cəlilova Sevil , Qaçayeva Nuranə və 6A sinif şagirdi Məmmədova Zeynəbin hazırladıqları videotəqdimatlar Bakı şəhər mərhələsində iştirak etmək üçün təqdim olunacaqdır.