"Qanlı Yanvar" uşaqların gözü ilə
20 Yanvar faciəsinin otuz ikinci ildönümünün keçirilməsi ilə əlaqədar məktəbin tədbirlər planına uyğun yanvarın 14-də "Qanlı Yanvar" uşaqların gözü ilə adlı rəsm sərgisi təşkil olundu.
Sərgidə iştirak edən məktəbin direktoru Q.Qaratov xalqımızın azadlıq mübarizəsindən, 32 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışdı. Bildirildi ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günüdür.
Çıxışdan sonra sərgiyə baxış keçirildi. Sərgidə nümayiş olunan rəsmlərdə şagirdlər 20 Yanvar hadisələrinin dəhşətli səhnələrini əks etdirib, faciə haqqında düşüncələrini çəkdikləri rəsmləri ilə ifadə etmişlər.
Sərgidə öz çəkdikləri rəsmləri ilə fərqləndirilən Teli Qulamzadə, Zəhra Məmmədova və Nəzrin Abdullayeva oldu.
Məhz 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz bir daha şəhidlərin xalqımız üçün qəhrəmanlıq nümunəsi olmasını sübut etdi.