Hisslərini tanı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəaliyyət planına əsasən 23.12.2021-ci il tarixində 257 nömrəli tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova "Emosiyalar və hisslər" mövzusunda maarifləndirici seminar keçirmişdir. Seminarda şagirdlərlə "Hisslərini tanı" metodikası keçirilmişdir.
İnsanın hansı hisslər keçirməsi qan dövranında daha aydın təzahür edir. Bələ ki, adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır. Bundan başqa insanın nə kimi hisslər keçirməsini onun mimikasından və intonasiyasından, bədənin ifadəli hərəkətlərindən- pantomimikasından da başa düşmək olur.
Sonda sagirdlərlə bu mövzu ətrafında maraqlı müzakirələr olunmuşdur.