Müəllimlərlə profesional –emosional tükənmə sindromunun diaqnostikası

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyət planına əsasən 11.12.2021-ci il tarixində 257 saylı orta məktəbin psixoloqu Zöhrə İbrahimova "Müəllimlərlə profesional –emosional tükənmə sindromunun diaqnostikası" mövzusunda Teams platforması üzərindən maarifləndirici seminar keçirmişdir.

Müəllimlik sözsüz ki, ən çətin və şərəfli peşələrdən biridir. Xüsusən yazı-pozu və zehni iş olması insanın bütün zehni, fiziki, mənəvi resurslarını tükədir. Müəllimin işi dərs saatından sonra da bitmir, mütəmadi yoxlama, kurs, jurnal yazmaq, dəftər və yazı işi yoxlamaq, və s və ilaxır.Bütün bunlar onun özünə diqqət yetirməyə vaxtını  və gücünü azaldır.Nəticədə bu tükənmişlik sindromuna gətirib çıxarır.

    Sindrom ilk dəfə 1974-cü ildə elmə Amerika psixiatrı Gerberd Freydenberger tərəfindən gətirilmişdir. Başlıca səbəbi-stressdir.Professional yanma sindromu əlamətinə görə 3 qrupa bölünür. 

1. Psixofiziki simptomlar.

Gün ərzində davam edən yorğunluq (hətta səhər yuxudan oyanan kimi

yorğunluq hissi), emosional və fiziki tükənmə, kəskin arıqlama və ya

əksinə kəskin kökəlmə.

2. Sosial-psixoloji simptomlar. Adi, xırda hadisələrə yüksək dərəcədə

qıcıqlanma, laqeydlik, darıxma.

3. Davranış simptomları. İşin və onun icrasının

getdikcə çətinləşməsi hissi, lazımsızlıq hissi, entuziazmın düşməsi.

    Müəllimlərə bu sindrom haqqında etraflı məlumat verərək ondan azad olmağın yolları öyrənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi