Psixoloq saatı : Şagirdlərin idrak və kommunikativ inkişaf səviyyələrinin diaqnostikası

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəaliyyət planına əsasən 10.12.2021-ci il tarixində 257 saylı tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova "Şagirdlərdə diqqətin korreksiyası" mövzusunda maarifləndirici seminar keçirmişdir. Seminarda sagirdlərlərin diqqətinin  inkişaf etdirilməsi üçün diaqnostik tapşırıqlar həll olunmuşdur.

    Eyni zamanda unutmayaq ki, istənilən diqqətlə bağlı metodlar diqqəti məşq etdirməklə yanaşı iradənin də möhkəmlənməsinə gətirib çıxarır. Diqqətini cəmləşdirməyi bacaran şagirddə iradi keyfiyyətlər də inkişaf edir. Həmçinin buna bənzər bir çox psixoloji metodlar şagird şəxsiyyətinin inkişafına da kömək edir. Sonda isə şagirdləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

    Qeyd etmək lazımdır ki, məktəbdə təlim-tərbiyə işinin təşkili zamanı hər bir şagirdin diqqətinin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi