Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş ədəbi -bədii gecə keçirildi

    Azərbaycan aşıq ədəbiyyatının görkəmli və tanınmış nümayəndələrindən biri olan aşıq Ələsgərin 200 illik yubileyi ərəfəsində keçirilən tədbirlər davam etdirilir. Dekabrın 17-də məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Hüseynovanın hazırladığı aşıq Ələsgər yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Şagirdlər aşıq Ələsgərin zəngin yaradıcılığından söz açdılar. Bildirildi ki, xalqa, vətənə məhəbbət Ələsgər şeirlərinin ruhudur. Şair insanları xoşbəxt və mərd görmək istəyirdi. 80 il el məclislərində saz çalıb, söz demiş, şair xalqının sevimlisinə çevrilmişdir. Şagirdlər şairin şeirlərini söyləyib, sözlərinə bəstələnmiş mahnılar ifa etdilər.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi