Narkomaniya - əsrin bəlası, uçuruma aparan yoldur
Dekabrın 17-də məktəbdə təşkilat saatlarında mövzu zərərli vərdişlərlə mübarizəyə həsr olunub. Mövzunun bu gün çox aktual olduğu məlumdur. Hətta sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, narkotik tərkibli maddələr kiçik yaşlı uşaqlar arasında müxtəlif şirniyyatların tərkibində yayılır. Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri baş verə biləcək neqativ hallar barədə məlumatlandırmaq, zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha geniş iş aparmaq, bu vərdişlərin insan sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirməkdir.
Məktəblilərə belə zərərli vərdişlərdən uzaq olmaq, ətrafda baş verən bütün pis hallara qarşı diqqətli olmaq, sağlam həyat keçirmək tövsiyyə olunub. Bildirilib ki, zərərli vərdişlər insanın tək fiziki sağlamlığına ziyan vurmur, həm də onun cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasında da problem yaradır. Müəllimlər şagirdlərin bu mövzuyla bağlı suallarını cavablandırıblar.