Şagirdimizin uğuru
Noyabrın 14-də II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçirilib. Müsabiqə Təhsil İnstitunun təşkilatçılığı ilə 106 mərkəzdə keçirilib.
Sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
Məktəbin müsabiqəyə qatılan şagirdləri arasında yüksək nəticə göstərən və sertifikata layiq görülənlər də var. Belə ki, 3G sinif şagirdi Ömər Qarayev respublika üzrə ən yüksək nəticə göstərərək I yerə layiq görülüb. 2 B sinif şagirdi Tunar Qarayevə isə iştirak sertifikatı təqdim olunub.
Biz də kollektiv adından qardaşları təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.