“Nizami Gəncəvi ili ” çərçivəsində Dərslər keçirilir.
“Nizami Gəncəvi ili” ərəfəsində məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimləri tədris etdiyi siniflərdə şagirdlərlə bu mövzu haqqında ətraflı söhbətlər aparıb. Dahi sənətkarımız Nizami Gəncəvinin keçirdiyi həyat yoluna nəzər salnıb, yaradıcılığı haqqında şagirdlərə geniş məlumatlar verilib. Bildirilib ki, Nizami Gəncəvi öz əsərləri ilə dünya mədəniyyətinə töhfələr vermiş ölməz sənətkardır. İnsan əməyinə və şəxsiyyətinə ehtiram bu vətənpərvər sənətkarın yaradıcılığının əsas mövzularındandır. Şagirdlər bu mövzuya həsr olunmuş video-çarxlar hazırlayıb, şeirlər söyləyib, dahi söz ustadımızın “Xəmsəyə” daxil olan poemalarından parçalar təqdim ediblər.