12 dekabr -Ümummilli liderin anım günüdür
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümumilli lideri Heydər Əliyevin vəfatından 18 il ötür.
Dekabrın 10-da məktəbdə ilk dərslərdən ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd olunub ki, Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan müstəqillik əldə etdi. Sonra şagirdlər Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər haqqında danışaraq, ulu öndərə həsr olunmuş şeirlər söylədilər, hazırladıqları təqdimatlar nümayiş etdilər.
Siniflərdə ümummilli liderin şərəfli ömür yoluna həsr olunmuş videoçarx nümayiş olundu.