IX siniflərdə monitorinq
Təhsil Nazirliyi tərəfindən 10 dekabr tarixində IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinqdə şagirdlər açıq və qapalı test suallarını, mətn üzrə tapşırıqları cavablandırdılar. İngilis dili fənni üzrə şagirdlərə “Listening” materialları təqdim olundu. Sınaq qiymətləndirmənin cavabları rəhbərlik tərəfindən yaradılmış komissiya üzvlərinin iştirakı ilə yoxlanılaraq nəticələr elan ediləcəkdir.