Uşaqların internet təhlükəsizliyi
09.12.2021-ci il tarixində 257 saylı orta məktəbin psixoloqu Zöhrə İbrahimova şagirdlərlə "Internet təhlükəsizliyi" mövzusunda maarifləndirici seminar keçirmişdir. Seminarda internetdən təhlükəsiz istifadə və düzgün faydalanmaq haqqında ətraflı məlumat verilmişdir. Sonda isə şagirdləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir.
Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Lakin, xüsusilə qeyd etməliyik ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil qurumlarının üzərinə düşür.
İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, həmçinin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan "informasiyanın filtrlənməsi" xidmətindən istifadə olunmalıdır.