"Kern-Yerasek" testi
2021-2022-ci tədris ilinin ilk həftəsində məktəbin psixoloqu Zöhrə İbrahimova tərəfindən tərəfindən şagirdlərin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə ibtidai sinif şagirdləri arasında məktəb kamilliyinin oriyentasiyalı testi - "Kern-Yerasik" metodikasının tətbiqi testi keçirildi. Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq inşan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanıldı.
Testin keçirilməsində əsas məqsəd şagirdlərin intellektual bilik səviyyəsini yoxlayaraq təlimdə geri qalan uşaqların sayını müəyyənləşdirmək və onlarla qrup və ya fərdi şəkildə psixokorreksiya işlərini apararaq bilik səviyyəsini yüksəltməkdən ibarətdir.
Testin nəticələri haqqında məktəb rəhbərliyi, sinif müəllimləri və valideynlər məlumatlandırıldı. Zəif nəticə göstərən şagirdlər əlavə məşğələlərə cəlb olundu.