Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun doğum günü qeyd olunub

    Ceyhun Həsənov 29 oktyabr 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin, 2001-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) məzunu olub. 
    7BMP, 4 tank, bir neçə texnika ilə Füzuli istiqamətində 1-ci bölüyün komandiri, 310 nömrəli BMP,  80 nəfər şəxsi heyyət ilə düşmənin əlverişli ərazilərdə yerləşməsinə, inadlı müqavimətinə baxmayaraq ilk hücum edən, səddi yaran, işğal altında olan torpaqları azad edən və düşməni tam məğlubiyyətə uğradan, qarşıya qoyulmuş döyüş torpaqalarını və Azərbaycan Respublikasının dövlət sərhəddinin bərpa edilməsi üzrə əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığı hesabına ucalan şəhid kapitan Ceyhun Həsənovun bu gün doğum günüdür. Ceyhun Həsənov ölümündən sonra Vətən Müharibəsi adı və medalı, Vətən uğrunda medalı, Füzulinin azadlığı uğrunda medalı, Qubadlının azadlığı uğrunda medalı, Şuşanın azadlığı uğrunda medalı ilə təltif olunub. 
    Bu gün səhər saatlarından məktəbin 6ç  sinif şagirdləri və məktəbin dil ədəbiyyat müəllimləri A.Rəşidova, B.Hüseynova şəhidin ailə üzvləri ilə birgə Ceyhun Həsənovun dəfn olunduğu 2-ci Fəxri Xiyabanı ziyarət ediblər.

    Tədbirin aparıcısı Azərbaycan Respublikasının Əməkdar  incəsənət xadimi, polkovnik Abdulla Qurbani məktəbin qonağı olub, şagirdlərlə görüşüb, xatirələrini bölüşüb. Müəllifi olduğu "Vətən Müharibəsi Şəhidləri" kitabını məktəbə hədiyyə edib.

    Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, məktəbin direktoru Qarat Qaratov, döyüş yoldaşları, qazilər, kursantlar, ailə üzvləri, müəllim və şagird kollektivi və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edənlər şəhidin ailəsinə bir daha başsağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidimizin döyüşdə göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açdılar. Vətən üçün belə gərəkli övlad böyütdükləri üçün bir daha şəhidin valideynlərinə təşəkkür etdilər. Diqqətə çatdırdı ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarımızın xatirəsi daim əziz tutulacaq, onların işıqlı əməlləri qəlblərdə əbədi yaşayacaqdır. 
    Şəhidin ailə üzvləri çıxış edərək xatirələrini bölüşdülər. Vətən uğrunda canından keçən oğullara və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyətinə minnətdarlıqlarını bildirdilər.

    Tədbirdə şəhidin xatirəsinə şeirlər söyləndi, mahnılar oxundu. Sonda şəhidin xatirə lövhəsi önündə şəkillər çəkildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi