Şagirdlərin C.Naxçıvanski adına hərbi liseyə ekskursiyası təşkil edilib

    "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət proqramının 5.1-ci bəndinə əsasən yeniyetmə və gənclərin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və vətəndaşlıq tərbiyəsi qarşıda duran ən önəmli məsələdir. Bu işin gücləndirilməsi məqsədilə məktəbin bir qrup şagirdi hərbi rəhbər S.Eyubovla birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə ekskursiya etmişlər.
    Ekskursiyada şagirdlər lisey haqqında ətraflı məlumat almışlar. Belə ki, lisey 1971-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Liseyin yaradılmasında əsas məqsəd müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi olmuşdur. Liseyin geniş ərazisində yerləşən qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi əsaslı təmir olunaraq istifadəyə verilib. Ərazidə geniş yaşıllıq massivi salınıb, abadlıq işləri aparılıb. Binanın önündə C.Naxçıvanskinin büstü ətrafında xatirə kompleksini də şagirdlər ziyarət ediblər. Eyni zamanda Heydər Əliyev Muzeyi, liseyin klubu, qapalı idman kompleksi, kursantlar üçün yataqxana, yeməkxana, istirahət otaqları və təlim-tədris mərkəzi ilə şagirdlər yaxından tanış olublar. Şagirdlər ekskursiyadan çox böyük təəssüratla qayıdıblar.

    Dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və müstəqilliyimizin şüurlu dərk edilib dəyərləndirilməsi məsələsi zərurət olaraq qarşıda durur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi