Müəllimimizin daha bir uğuru
Hindistanın Müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində Hindistan Səfirliyi 2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsinin iştirakçılarını təbrik etmək üçün tədbir keçirib.
Tədbirdə azərbaycanlı rəssam və tələbələrin 70 rəsm əsəri və posterlərinin əksəriyyəti nümayiş etdirilib. Məktəbin təsviri incəsənət müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova da tədbir iştirakçıları arasında olub. Müəllim müsabiqəyə Hindistan azadlıq hərəkatının lideri, sülh müdafiəçisi Mahatma Qandinin həyatını əks etdirən rəsm əsəri ilə qatılıb.
Rəsm əsəri bəyənmələri müəllif fəxri fərmanla təltif olunub. Mərasimdə görkəmli sənətkar Günay Zebiç və Azərbaycan musiqiçi İlxas Məmmədov da çıxış edib.