Diaqnostik qiymətləndirmə davam edir
2020-2021-ci tədris ilində ayr-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aşkarlanmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25.10.2021-29.10.2021-ci il tarixləri aralığında diaqnostik qiymətləndirmə aparılmasını nəzərdə tutub. 25 oktyabr tarixindən məktəbin II-IX sinifləri üzrə diaqnostik qiymətləndirmə keçirilməsinə başlanılıb. Bunun üçün ilk olaraq fənn metodbirləşmə sədrləri toplaşaraq qiymətləndirməni aparmaq üçün qrup yaradılıb. Qiymətləndirməni düzgün aparılması üçün vaxt qrafiki qurulub və qeyri fənn müəllimləri ayrılıb. İbtidai siniflərdə hər iki bölmədə Tədris dili və Riyaziyyat fənnindən , V-IX siniflərin hər iki bölməsi üzrə Tədris dili, Riyaziyyat və Xarici dil fənnindən diaqnostik qiymətləndirmə keçirilib. Diaqnostik qiymətləndirmədə test taprşırıqlarından istifadə olunub.
Diaqnostik qiymətləndirmənin aparılmasında məqsəd şagirdin fənn üzrə mövcud zəruri bilik və bacarıqlarının hansı səviyyədə olmasını aşkarlamaq tədris prosesində qarşılaşdığı problemləri müəyyən etməkdir. Diaqnostik qiymətləndirmənin nəticələri barədə valideynlərə məlumat veriləcək.Pandemiya səbəbindən ötən tədris ilində yaranmış problemləri nəzərə alaraq, diaqnostik qiymətləndirməyə xüsusi önəm vermək çox vacibdir. Qiymətləndirmənin nəticələri eyni zamanda təlimin səmərəli qurulmasına düzgün istiqamət verəcək.