"Aşıq Ələsgər və Azərbaycan folkloru"adlı yaradıcılıq müsabiqəsi

Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində paytaxtın ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilir.

Müsabiqənin məqsədi şagirdləri ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, onların bədii-estetik zövqünü formalaşdırmaq və yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.

Müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilir.

19 okyabr 2021-ci il tarixində Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdləri arasında Aşıq Ələsgərin yaradıcılığı üzrə müsabiqənin məktəb mərhələsi keçirildi. Müsabiqədə iştirak edən şagirdlərdən 7A sinif şagirdi Süleymanova Fidan şeir, 8D sinif şagirdi Həsənov Tapdıq isə sazda ifasına görə məktəb mərhələsinin qalibləri oldular.

Məktb turunda qalib olan şagrdlər şəhər turunun növbəti mərhələsində iştirak edəcəklər.

Şagirdlərimizə uğurlar diləyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi