18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür

    Məktəbdə şagirdlər ilk dərs saatlarından Azərbaycan Dövlət Müstəqilliyinin bərpası günü ilə bağlı məlumatlandırıldı. Məhz 30 il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinə qovuşması şagirdlərin diqqətinə çatdırıldı. 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunması, 1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması nəzərə alınaraq mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-də isə Müstəqilliyin Bərpası günü elan edilməsi ilə bağlı qəbul olunmuş qanun haqda şagirdlərə məlumat verildi.

    Həmçinin Azərbaycan tarixinin bu ağır dönəmində xalqın tələbilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qısa müddətdə ölkənin xarici və daxili siyasəti strategiyasının düzgün qurması, bununla müstəqilliyimizin itirilməsi təhlükəsizliyinin qarşısının alınması barədə tarixi faktlar şagirdlərin nəzərinə çatdırıldı. Hazırda müstəqilliyimizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi, 44 günlük vətən müharibəsində qazandığımız tarixi qələbə və müstəqilliyimizin əbədiliyi barədə şagirdlərlə geniş söhbətlər aparıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi