“Müzəffər ordumuzun Zəfər yürüşü” mövzusunda rəsm müsabiqəsi
"27 Sentyabr –Anım Günü“ münasibəti ilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Müzəffər ordumuzun Zəfər yürüşü” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Raqif Abbasov iştirakçıları salamlayaraq 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbədən danışıb, iştirakçılara uğurlar arzulamışdır.
Müsabiqənin keçirilməsində məqsəd şanlı Qələbəmizin canlı şahidi olan yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və onlarda dövlətçilik, vətənə sevgi hissini daha da gücləndirməkdir.
Müsabiqədə Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 10A sinif şagirdi Məhluqə Həsənli də iştirak etmişdir.
Şagirdimiz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindan fəxri fərman və xatirə hədiyyə ilə mükafatlandrılmışdır.