Məktəbdə Anım Günü qeyd olundu

    İkinci Qarabağ müharibəsi bitdikdən sonra Prezident cənab İlham Əliyev Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam verdi və 2 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalandı. 

    Bu gün Respublikanın hər yerində olduğu kimi məktəbdə "Anım Günü" qeyd olundu. İlk olaraq iştirakçılar məktəbin foesində Respublika Prezidenti cənab İlham Əliyevin xalqa müraciətini dinlədi. Anım Günü Dövlət himni ilə başlandı. İlk olaraq açılışı məktəbin direktoru Q.Qaratov etdi. Q.Qaratov şəhidlərin ailə üzvlərini salamladı. Şəhidlərin Vətən müharibəsində göstərdikləri igidlik və şücaətindən söz açdı və sonda onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Toplantıda məktəbin adını daşıdığı I Qarabağ müharibəsi şəhidi Ədalət Abbasovun anası, İkinci Qarabağ müharibəsi şəhidləri Ceyhun Həsənovun ataası, İqbal Babayevin qardaşı, vətən qəhrəmanı M.Əhmədovun həyat yoldaşı və qızı iştirak edirdi. Bu gün  həm də vətən Qəhrəmanı Ceyhun Həsənovun şəhidlik zirvəsinə qalxdığı gündür. Məktəbin foesində təsviri incəsənət müəllimi Sevinc Kərimovanın şagirdlərinin "Qarabağ Azərbaycandır" mövzusunda əl işləri nümayiş edildi. Məktəblilər şəhidlərin qəhrəmanlığını, ölməzliyini tərənnüm edən çıxışlar etdilər. 

    Tədbir iştirakçıları öncə Ədalət Abbasovun xatirəsini yad edərək, büstünün önünə əklil qoyaraq xatirə şəkilləri çəkdirdi. Sonra şəhid Ceyhun Həsənovun xatirə lövhəsi önündə toplaşan məktəblilər şeirlər söyləyib, mahnı oxudular. Şəhidin xatirəsi yad olundu və xatirə şəkilləri çəkildi. 

    Daha sonr şəhid İqbal Babayevin xatirə lövhəsi önündə toplaşıb, çıxış edən məktəblilər qəhrəman oğullarımızı dərin hüznlə yad etdilər. 

    Qəhrəman vətən oğullarının xatirəsi anıldı və ruhlarına dualar oxundu. 

    Ruhunuz şad olsun ölməz şəhidlərimiz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi