Yay məktəbinin ilk günü
Koronavirus (COVİD-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması təhsilalanlara zəruri bilik və bacarıqıların verilməsi məqsədilə 2021-ci ilin 16-30 iyun tarixində dövlət ümumi təhsil müəssisələrində yay məktəblərinin təşkili nəzərdə tutulub.
Məktəb rəhbərliyinin tapşırığı ilə yay məktəbində iştirak etmək istəyən təhsilalanların valideynlərindən 8 iyun tarixindən başlayaraq ərizə ilə müraciətlər qəbul edildi. Yay məktəbinə ümumilikdə 296 ərizə daxil oldu.
Məktəbdə yay məktəbinin təşkilində xüsusi tələbləri gözləməklə işlərə start verildi. Siniflər qruplaşdırıldı, qruplarda dərs keçəcək müəllimlər müəyyənləşdi, məşğələ cədvəlləri hazırlandı və məşğələlərdə fənlər üzrə zəruri bilik və bacarıqlar verəcək bölmələr üzrə ümumiləşdirmələr aparıdlı.
Bu gün yay məktəbində iştirak edəcək şagirdləri və müəllimləri ilk olaraq məktəbin direktoru Q.Qaratov salamladı, onlara qarşıdakı günlərdə daha maraqlı və səmərəli keçirmələrini arzuladı. Şagirdlər xüsusi karantin rejimi qaydalarına uyğun siniflərə buraxıldı.