İstedadlı, yaradıcı şagirdlərin iştirakı ilə dəyirmi masa
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 aprel 2021-ci il tarixli F-87 nömrəli əmrinə əsasən məktəbin qabaqcıl müəllimlərindən olan Xatirə Babazadə məktəbin bir qrup yaradıcı və istedadlı şagirdləri ilə məktəbin kitabxanasında dəyirmi masa təşkil etdi. Müzakirə görkəmli elm xadimi, fundamental nəzəriyyələri ilə elm tarixində böyük dəyişikliklərə imza atmış görkəmli şəxsiyyət, bir çox ixtiraların sahibi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuşdu. Şagirdlər Lüfi Zadə haqqında topladıqları maraqlı faktlarla çıxışlar etdilər. Alimin dünyada ən çox tanınması və əsərlərinə bütün dünyada istinad edilməsi haqda maraqlı söhbətlər edildi.
Sonda şagirdlər alimin uğur formulu olan "Qabiliyyət, zəhmət və İsrar" haqda da müzakirələr apardılar.