Lütfi Zadənin həyat və fəaliyyətinə həsr olunmuş açıq dərs
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 aprel 2021-ci il tarixli F-87 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən məktəbin riyaziyyat müəllimi Zemfira Hüseynova 9 A sinif şagirdləri ilə "açıq" dərs keçirdi. Açıq dərsdə də məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdi. Açıq dərs qeyri -səlis məntiq nəzəriyyəsinin banisi, görkəmli alim Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr olundu. Dərsdə şagirdlərin Lütfi Zadənin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatları nümayiş olundu.