28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir
Yüz iki il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Tariximizin bu şanlı günü münasibətilə 257 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”ya üzv olan şagirdləri Vətən yolunda misilsiz xidmətləri olan tarixi şəxsiyyətlərdən, Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda yaranması, onun mövcud olduğu 23 ay ərzində həyata keçirdiyi siyasi, iqtisadi, sosial-mədəni tədbirlər haqqında videoçarxlar hazırlamışlar.