“Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın qalibləri

8 may 2021-ci il tarixində ölkə üzrə 107 mərkəzdə 5-ci sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi təşkil edilmişdir. Müsabiqədə iştirak üçün V sinifdə təhsil alan 17 mindən çox şagird müraciət edib.
Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.
Məntiq olimpiadasının rayon (şəhər) mərhələsində 257 nömrəli tam orta məktəbin V sinif şagirdləri də iştirak etmiş və 14 şagirdimiz yüksək nəticə qazanaraq final mərhələsinə vəsiqə qazanmışdır.
Aşağıda adları qeyd olunan qalib şagirdləri təbrik edirik!
1.Aliyə Əliyeva Faiq qızı
2.Nigar Hüseynli Amid qızı
3.Leyla Məmmədli Zəka qızı
4.Ömər Hüseynli Emin oğlu
5.Dərya Heydərli Talib qızı
6.Aygün Fərəcova Pərviz qızı
7.Məhəmməd Mirzəyev Tahir oğlu
8.Kərim İsmayılov Elşən oğlu
9.Fateh Cəfərli Xətai oğlu
10.Davud Qəhrəmanlı Elsevər oğlu
11.Həzrət Həbibov Elvin oğlu
12.Kənan Mehdizadə Faiq oğlu
13.Ayişə Rzayeva Famil qızı
14.Mehdi Hüsyenzadə Emin oğlu