Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş dərslər

    Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. 

    Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmlənməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti daim yüksək fəxr hissi ilə qeyd olunur. Əziz xatirəsi dərin məhəbbətlə böyük ehtiramla anılır. 

    Dahi öndər fəaliyyətinin bütün dövrlərin də təhsil sisteminin inkişafına xüsusi diqqət ayırmış, həyata keçirdiyi islahatlar çərçivəsində bu sahədə əsaslı dəyişikliklər aparmışdır. 

    Bu gün də məktəbin onlayn dərslərində doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən dahi şəxsiyyətin mənalı ömür yolundan və fəaliyyətindən bəhs olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi