"Nizami dünyası" adlı intellektual müsabiqə

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Nizami dünyası” adlı intellektual müsabiqəyə start verilmişdir.

Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında onlayn formada keçiriləcək.

Müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onlarda araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, müsabiqənin əsas mövzuları Nizami Gəncəvinin həyatı, qəzəlləri, müdrik kəlamları, “Xəmsə”, görkəmli şəxslərin dahi şair haqqında söylədiyi fikirlər və Nizami yaradıcılığındakı məşhur obrazlardan ibarətdir.

6 may 2021-ci il tarixində 257 nömrəli tam orta məktəbdə üç mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) keçirildi. Müsabiqədə iştirak etmiş IX-XI sinif şagirdləri arasından 10ə sinif şagirdi Xəlilov Eşqin Samir oğlu yüksək nəticə əldə edərək müsabiqənin II mərhələsinə vəsiqə qazanmışdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi