VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin qalibləri açıqlandı

    Aprel ayının 26-sı və 27-də ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələri keçirildi. VI siniflər riyaziyyat və informatika fənləri üzrə, VII siniflər fizika, kimya və biologiya fənləri üzrə imtahanlarda 22531 şagird iştirak edib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabətin yaradılması, aşağı siniflərdən şagirdlərdə müxtəlif fənlərə marağın artırılması və bu istiqamətdə məqsədyönlü işlərin aparılmasından ibarətdir. Keçirilən müsabiqənin rayon (şəhər) mərhələsində məktəbin 20 şagirdi uğurla iştirak edərək  növbəti final mərhələsində iştirak hüququ əldə ediblər. Məktəbin dirketoru bu gün həm qaliblərlə, həm də fənn müəllimləri ilə görüşüb təbrik edərək, onlara final mərhələsində də uğur qazanmağı arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi