Psixoloq saatı: "İmtahanqabağı stresin aradan qaldırılması" mövzusunda tövsiyələr

    "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış bu videoçarxda məktəbin psixoloqu Zöhrə İbrahimova "İmtahanqabağı stressin aradan qaldırılması" mövzusunda tövsiyələrini təqdim edir. Videoda art terapiyanın bir metodu olan mandala haqqında da söz açılır. Mandala dairə və ya mərkəz deməkdir. Mandala insan zehnini rahatlaşdıran, sakitləşdirən bir məşğuliyyət hesab olunur və stresslə mübarizədə kömək edir, diqqətin konsentrasiyasını artırır.

    Məqsəd valideyn və şagirdlərə onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

Videonun izləmə linki:

www.youtube.com/watch?v=pXZ253fcwGc

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi