Məktəb növbəti dəfə dezinfeksiya olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir, tibbi profilaktik vəziyyətə nəzarət gücləndirib və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Bu gün məktəbdə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Məktəbdaxili bütün sahələr dezinfeksiya olunub. Məktəbdə aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarət olunur. Məktəbin həkimi müəllim-şagird arasında aktiv maarifləndirmə işlərini davam etdirir.
Məktəb sanitar -gigiyenik vəziyyəti qorumaq üçün lazım olan bütün vasitələrlə təhciz olunub. Eyni zamanda COVİD -19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə məktəbdə bütün təxirəsalınmaz tədbirlər davam etdirilir.