31 mart tarixi yaddaşımızdan silinməyən soyqırım
Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, yaşanan faciə və soyqırımlar da yazılıb.
1918-ci ilin mart soyqırımları öz amansızlığı və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Bu gün məktəbdə keçirilən ilk dərslər 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunub. Müəllimlər qanlı faciənin təfərrüatları haqqında məlumat verərək bildiriblər ki, ermənilər əllərinə düşən fürsətdən istifadə edərək, uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirib, diri -diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, digər bölgələrdə də həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Bu gün şagirdlərə 103 il əvvəl erməni -bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətləri çatdırıldı.