Şəhid övladları ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərində təhsil alan şəhid övladları ilə onlayn görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, xalq artisti Nurəddin Mehdixanlı, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və şəhid övladları iştirak ediblər.

Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən BŞTİ müdiri xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb.

Bu görüşdə 257 nömrəli tam orta məktəbin şagirdlərindən : Bayramov Mehman Sənan oğlu, Ağayev Əli Rusif oğlu, Ağayeva Zəhra Rusif qızı, İsgəndərli Ülkər Ceyhun qızı və Murtuzəliyeva Bəyim Xəqani qızı da iştirak etmişdir.

Qeyd edək ki, BŞTİ tərəfindən şəhidlərin övladlarına hədiyyələr də göndərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi