Respublika Fənn Olimipadasının finalçısı- Fidan Allahverdiyeva
8.03.2021-ci il və 10.03.2021-ci il tarixlərində Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının yarımfinal turu Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib.
257 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Allahverdiyeva Fidan Aqil qızı tarix fənni üzrə yüksək nəticə göstərərək finalda iştirak etmək hüququ qazanmışdır.
Məktəbin rəhbərliyi və müəllim kollektivi Fidanın bu uğuruna çox sevinir və ona olimpiadanın final mərhələsində müvəffəqiyyətlər arzu edir.