IX siniflərdə növbəti sınaq qiymətləndirmə keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 9-cu siniflərində mart ayında sınaq qiymətləndirmə keçirilməsi nəzərdə tutulub. Bu gün məktəbdə keçirilən sınaq qiymətləndirmədə 9-cu sinif şagirdləri iştirak edib. Qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin imtahan qabağı hazırlıq səviyyəsinin yoxlanmasıdır. Suallar 3 fənni əhatə etməklə həm Azərbaycan, həm də rus bölməsi üzrə tərtib edilib. Təlim dili üzrə 30, riyaziyyat üzrə 25, xarici dil üzrə 30 sual olmaqla testlər iki variantda (A və B) tərtib edilib. Xarici dil üzrə hər iki bölməyə suallar ingilis dili fənni üzrə təqdim olundu. Yoxlama zamanı şagirdlər buraxılış imtahanına uyğun açıq və qapalı test tapşırıqları və mətn üzrə sualları cavablandırdı. İmtahan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil olunub. İmtahandan dərhal sonra şagirdlərin cavablarının yoxlanmasına başlanılıb.