Şagirdlərin psixi emosional durumunun qiymətləndirilməsi (Ayzenk testi)
23 fevral 2021-ci il tarixində 257 nömrəli tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova 6 və 7-ci sinif şagirdlərinin psixi emosional sferasını, aqressiyanı, onun intensivliyini aşkarlamaq məqsədilə “Ayzenk testi “ keçirmişdir.
Bu metodika şagirdlərdə psixi emosional durumu,stressə davamlılığı ölçmək üçün istifadə olunur. Uşaqlara öncə test haqqında məlumat verilmiş, daha sonra isə 45 dəqiqə müddətində verilən suallara cavab yazmaları tapşırılmışdır.
Şagirdlərin nəticələri ilə sinif rəhbəri və məktəb rəhbərliyi tanış edilmişdir.