1 mart Ümumdünya Mülki Müdafiə Günüdür
Hər il olduğu kimi bu ildə məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub. Məktəbdə 2-ci, 5-ci, 6-cı siniflərdə Mülki müdafiə fənni tədris olunur. Şagirdlər dərslərdə mülki müdafiə haqqında anlayışlarla tanış edilir, onlara fövqəladə hallar və davranış qaydaları haqqında məlumat verilir. Eyni zamanda respiratorun, əlehqazların əhəmiyyətindən danışarkən şagirdlərə bunlar əyani olaraq nümayiş olunur. Şagirdlərə qəzaların və təbii fəlakələrin nəticələrindən qorunma qaydaları izah olunur, sığınacaqlar, orada yerləşmə və davranış qaydaları haqqında məlumat verilir.
Qeyd etməliyik ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.