İlk dərslər Xocalı soyqırımına həsr olunub

    "Xocalı soyqırımının iyirmi doqquzuncu il dönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı" na uyğun olaraq fevralın 26-da məktəbdə keçilən ilk dərs saatları Xocalı soyqırımına həsr olunub. İlk olaraq şagirdlər Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər. Müəllimlər dərslərdə 29 il öncə ermənilərin Xocalıda törətdiyi vəhşilikdən, etnik soyqırımdan, tariximizin qan yaddaşından söz açıblar. Bu misilsiz vəhşiliyi tərənnüm edən videoçarxlar nümayiş edilib. Şagirdlərə ikinci Qarabağ müharibəsində qazanılan qələbədə Xocalıda törədilən vəhşiliyin, tökülən günahsız qanların və şəhidlərin qisası alındığı bildirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi