1992-ci il 26 fevral Xocalını unutmayaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar məktəbdə bir sıra tədbirlər həyata keçirilib. Məktəbin foyesində sərgilənən rəsmlər bu faciənin yaşatdığı ağrı-acının unudulmadığını əks etdirib.
29 il ötsə də ermənilərin dinc əhaliyə tutduğu divan, misli görünməmiş etnik soyqırım azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Məktəblilərin əl işlərində də düşmənə olan nifrət və qisas aydın hiss olunub. Bu qan yaddaşı unudulmamalı və gələcək nəsillərə ötürülməlidir.
Rəsm sərgisinin təşkil olunmasında məqsəd faciə qurbanlarının xatirəsini yad etmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olub.